Xazaradze: Əgər mənim əcdadlarımdan biri erməni olsaydı, mən bu barədə danışardım.
„Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradze hökumətin təbliğatının ona qarşı başlatdığı ermənifobiya kampaniyasına cavab verib.
“İvanişvilinin və onun tabeliyində olanların rus, “kagebeşnik” təbliğatı artıq bir neçə ildir ki, mənə qarşı davam edən bütün hədləri aşıb.
Son böhtan kampaniyası təkcə mənə deyil, qardaş xalqımıza, ermənilərə də təsir etdi. „Gürcü arzusu”nun mənasız və əxlaqsız ksenofobiya partlayışlarına görə onlardan üzr istəyirəm. Əgər mənim əcdadlarımdan biri erməni və ya başqa qardaş xalqın nümayəndəsi olsaydı, bu barədə açıq və cəsarətli danışardım. Bu cür xəbərlərdən narahat olanlar və ya mənşəyindən xəcalət çəkənlər ksenofobdur.
Qoy gürcülər, ermənilər, yəhudilər, azərbaycanlılar, kürdlər, yezidilər və digər qardaş və qohum xalqlar güclü Gürcüstanda bir yerdə yaşasınlar. Yaşasın güclü Gürcüstan müxtəlifliyi. Bidzina və KQB oktyabrın 26-da başa çatmalıdır. Qoy sizin də əcdadlarınız yaşasın, mənim kimi – Xundadzelər, Xazaradzelər, Başaleyşvili və Adeişvili ”, – Xazaradze Facebook-da yazıb.