Xazaradze: Fasilə verdik, Qaxariya ilə danışıqlar bitməyib

Qiorqi Qaxariya sayəsində üz-üzə görüşdük, bir çox məsələlər haqqında danışdıq. Keçmişdən danışdıq, amma daha önəmlisi gələcək haqqında danışdıq. Sizə demək istəyirəm ki, ölkə yol ayrıcındadır, ölkəmiz çox ciddi təhlükə ilə üz-üzədir, bu ya Rusiyanın seçimidir, ya da bizim azad seçimimiz, Avropa seçimidir. Biz bu mövzu haqqında danışdıq, ona görə də bir çox məsələlərdə fikir ayrılığımıza baxmayaraq, bir məsələdə razılaşdıq – Bidzina İvanişvilinin başçılıq etdiyi “Gürcü arzusu”nu hakimiyyətdən uzaqlaşdırmaq və ölkəni çox tez bir zamanda öz yoluna qoymaq üçün hər şeyi edəcəyik.

Söhbətimiz bitməyib; Problemlər var və o məsələlər texniki tipli problemlərdir. Sizə deyə bilərəm ki, danışıqlar bitməyib, biz fasilə verdik.

Neytral.ge xəbər verir ki, “Güclü Gürcüstan Naminə Koalisiya”nın lideri Mamuka Xazaradze jurnalistlərə açıqlamasında belə deyib. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İrakli Kobaxidze ABŞ səfiri Robin Danniqanla görüşüb

Növbəti Məqalə

Qaxariya: Xazaradze mövqeləri razılaşdırmaq üçün daha bir gün vaxt istədi

Oxşar Xəbərlər