Xazaradze təhsil nazirinin istefasına münasibət bildirib: “Amilaxvari qaçdı”

“Təhsil naziri məsuliyyətdən qaçdı”.

Neytral.ge xəbər verir ki, “Güclü Gürcüstan”ın liderlərindən olan Mamuka Xazaradze təhsil, elm və gənclər naziri Qiorqi Amilaxvarinin istefasına münasibət bildirib.

Xazaradze müəllimlərə müraciət edir və onları qorxmamağa çağırır.

“Hər kəsə bildirmək istəyirəm ki, ölkəmizin gələcəyi təhsildən, ciddi təhsil islahatından asılıdır, lakin inzibati və siyasi təzyiq altında olan heç bir müəllim təhsil islahatını həyata keçirə bilməyəcək. Azadlıq olmadan gələcək nəsil yetişdirilə bilməz. Hər bir müəllim azadlıq nümunəsi olmalıdır. Bütün müəllimlərə müraciət etmək istəyirəm, qorxmayın! Heç kim sizi qorxuda bilməz! Çıxın, irəli durun! “Gürcü arzusu” və “Rus arzusu” gürcü xalqının və Gürcüstanın maraqlarına xidmət etmədiyi üçün seçkilərdə məğlub olacaq. Ona görə də bir daha təkrar edirəm, biz “Güclü Gürcüstan” – N 9 istənilən müəllimin yanında olacağıq və onlarla həmrəy olacağıq, çünki bura azad insanlar ölkəsidir”, – deyə Xazaradze qeyd edib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Partlayış nəticəsində 13 nəfər ölüb

Növbəti Məqalə

İvanişvili: Bizi müharibəyə sürümək niyyətindədirlər

Oxşar Xəbərlər