Gürcüstan Xarici İşlər Nazirliyinin hazırkı əməkdaşlarının birgə bəyanatı:
Diplomat kimi bizim əsas vəzifəmiz Gürcüstanın milli maraqlarını və Konstitusiyaya sadiqliyi qorumaqdır. Bu illər ərzində gürcü diplomatiyası Gürcüstanın Avropa və Avro-Atlantik strukturlarda birləşməsi üçün bütün səylərini göstərmişdir ki, bu da gürcü xalqının iradəsi və tarixi seçimidir.
Gürcüstanın 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarının gündəmindən çıxması ilə bağlı bugünkü bəyanat ölkənin strateji maraqlarına uyğun gəlmir.
Gürcüstanın Avropa ailəsinə qayıtması üçün misilsiz tarixi fürsəti təmsil edən Avropa İttifaqının genişlənmə dalğası beynəlxalq siyasi hadisələrlə bağlıdır. Ölkənin bu imkandan birtərəfli şəkildə imtina etməsi mənfi strateji nəticələrə gətirib çıxaracaq. Bundan başqa, ola bilsin ki, Avropa və Avroatlantik strukturlara qoşulmaq baxımından oxşar əlverişli şərait daha yaranmasın. Bundan əlavə, üzvlüklə bağlı danışıqlar prosesinin dayandırılması ölkənin təcrid olunmasına gətirib çıxaracaq. Qərb tərəfdaşlarının dəstəyi olmadan Gürcüstan beynəlxalq və təhlükəsizlik mühitində gedən proseslər fonunda xüsusilə güclənən təhdidlərlə üz-üzə qalır.
Hesab edirik ki, 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarının gündəmdən çıxarılması Gürcüstan Konstitusiyasının 78-ci maddəsinin tələblərinə ziddir.
Biz Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiya kursuna sadiq qalırıq.
PS: imzalayanların siyahısı artır 🇬🇪🇪🇺