Xuçua: Qərarımla cəmiyyətin bir hissəsində ümidin qazanılmasından məmnunam

Tetritskaro rayon məhkəməsinin hakimi Vladimir Xuçua apellyasiya məhkəməsinin qərarının ləğvinə cavab verib.

“Aydındır ki, apellyasiya məhkəməsi qərarımın hüquqi qüvvəsini ləğv etdi və ona görə də qərarım heç bir hüquqi qüvvəyə malik ola bilməz. Amma mən razıyam ki, bu qərarımla cəmiyyətin bir hissəsində, gənclərdə, xüsusən də məhkəmə sisteminə tənqidi münasibət bəsləyən, praktiki olaraq ümidsiz olanlar arasında ümid hakim oldu. 

Gürcüstanda insanların qanun və ədalət hissinin olması halları çox deyil. Hələ də düşünürəm ki, mənim qərarımla heç olmasa bir nəfər nəyəsə inanıbsa, bu, çox böyük nəticədir”, – deyə Xuçua TV Pirveli-yə müsahibəsində bildirib.

Xatırlatmaq istərdik ki, Tbilisi Apellyasiya Məhkəməsi MSK-nın tələbini təmin edib və səs sirrinin pozulması səbəbindən Tsalki və Tetritskaro elektron seçki məntəqələrində seçki bülletenlərinin etibarsız sayılması və yenidən seçkilərin keçirilməsi ilə bağlı Tetritskaro rayon məhkəməsinin hakimi Vladimir Xuçuanın qərarını ləğv edib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Baş nazir: Əslində, ölkənin Avropa gələcəyinin taleyi bu seçkilərdə həll olundu

Növbəti Məqalə

Amsterdamda israilli futbol azarkeşlərinə hücum olub

Oxşar Xəbərlər