13 illik məyusluq və yalan – partiya yarananda onların yanında olan insanlar “Gürcü Arzusu” hakimiyyətini belə dəyərləndirirlər.
Eka Beseliya deyir ki, “Gürcü arzusu” partiyasına daxil olan insanların heç biri partiyanın ilk dəyərlərini ifadə etmirlər, o dəyərləri ki, ona görə Gürcüstanda avropapərəst və qərbpərəst insanlar bu partiyanı seçmişdırlər.
“Partiya əsas alət deyildi, əsas partiyanın hansı ideya əsasında yaradıldığı və İvanişvilinin sözlərinə görə, o, insan hüquqlarına hörmət əsasında daha yaxşı mühit yaratmağa gəlməsi idi. Bu illərə nəzər salanda ən böyük məyusluğu yaşayıram, çünki bütün prinsiplərə xəyanət edilib. İdeyadan kənara çıxdı və xalqa verdiyi bütün şərtləri pozdu. Hakimiyyətin ələ keçirilməsi və insan haqlarının tapdalanması əvvəlki hökumətin etdiyi kimi başladı və buna görə də küçələrə çıxmışdıq ” – Beseliya deyir.
Politoloq Qia Xuxaşvili “Gürcü Arzusu” ilə əvvəlki iki hökumət arasında paralellik apararaq deyir ki, İvanişvili bir növ hibrid hökumət yaradıb, burada hər növ pisliyi birləşdirib.
“Təsəvvür edin ki, Şevardnadzenin böyük neqativlərlə yanaşı müsbət tərəfləri də var idi, Saakaşvili hökumətinin də müəyyən müsbət və mənfi cəhətləri var idi. İvanişvili təəssüf ki, bir növ hibrid hökumət yarada bildi və bu hibriddə o, əvvəlki iki hökumətə xas olan hər şeyi birləşdirdi. Bu gün biz bu ölkədə əvvəlkindən qat-qat çətin vəziyyətdəyik” – Xuxaşvili deyir.
“Gürcü Arzusu”nun siyasi şurası bəyanat yayıb. Partiyanın yaranmasından 13 il keçməsinə baxmayaraq, İvanişvilinin partiyası hələ də öyünür və ölkənin son 13 ildə gürcü xalqının xidmətləri sayəsində əldə etdiyi bütün nailiyyətləri özününkü kimi dəyərləndirir.