Rusiya serverlərində Gürcüstan vətəndaşlarının şəxsi məlumatları – ekspertlər “Yandex Taxi”yə qadağa qoyulmasını tələb edirlər.
Rusiya serverlərində Gürcüstan vətəndaşlarının şəxsi məlumatları – hökumət “Yandex Taxi”ni cərimələdikdən sonra ekspertlər təhlükələrdən danışırlar. Niko Mikaya birbaşa deyir ki, sözügedən şirkətin cərimələnməsi həll yolu deyil və hökumətin onun ölkədə fəaliyyətini tamamilə qadağan etməsi lazımdır. Onun sözlərinə görə, belə iri şirkətlər Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əlaqə saxlayır və buna görə də Gürcüstan vətəndaşlarının şəxsi məlumatlarından pis məqsədlər üçün istifadə oluna bilər.