Yeni Kaledoniyada iki nəfər öldürülüb

Yeni Kaledoniyada Fransa jandarmlarının keçirdiyi əməliyyat zamanı iki nəfər kanaklının (yerli sakin) öldürüldüyü bildirilir.

Neytral.ge xəbər verir ki, sentyabrın 19-da səhər saatlarında 29 yaşlı Yoan Kaydin və 30 yaşlı Samuel Moekyia polislə atışma zamanı həlak olublar.

Hər iki şəxs bu ilin iyunundan bəri polis və jandarmlara qarşı atışmalarda, həmçinin altmış silahlı avtomobilin qaçırılmasında şübhəli bilinirlər.

Bununla da 2024-cü ilin mayından bəri Yeni Kaledoniyada başlayan iğtişaşlar fonunda ölənlərin sayı 13-ə çatıb.

Baş verənlərdən sonra Yeni Kaledoniya sakinləri küçələrə çıxıblar.

Polis gözyaşardıcı qazdan istifadə edərək nümayişi yatırıb.

Bununla əlaqədar olaraq hakimiyyət orqanları yaxın günlərdə komendant saatının müddətini uzatmağı planlaşdırır.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Lavrov: Putinin Harrisə dəstəyi zarafat idi

Növbəti Məqalə

İvanişvili Amerika sanksiyalarından gizlənə bilməz – Ruxadze

Oxşar Xəbərlər