Yeni sanksiyalar kimlərə tədbiq olunacaq?

ABŞ nəhayət, yeni sanksiyaları ehtiva edən “Gürcüstan Xalq Aktı”nı nəzərdən keçirəcək.

Neytral.ge xəbər verir ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi sentyabrın 25-də yekun düzəliş üçün “Gürcüstan Xalq Aktı”na baxacaq və bu prosesdən sonra qanun layihəsi Senatda səsə qoyulacaq.

2024-cü ilin may ayında senatorlar Cim Riş, Cin Şahin, Ben Kardin, Pit Riketts, Kris Kuns və Lindsi Qrem “Gürcü Arzusu”nun nümayəndələrinə, eləcə də insan hüquqlarına cavabdeh olanlara sanksiya tətbiq edən ikipartiyalı qanun layihəsini – “Gürcüstan Xalqı Aktı”nı təqdim etdilər.

Şahin və Rişinin qanun layihəsində deyildiyi kimi, qəbul olunarsa, Gürcüstanın Avropaya inteqrasiya yolunu kəsən şəxslərə qarşı sanksiyalar tətbiq olunacaq. Qanun layihəsində Rusiya qanununun təbliğinə və qəbuluna dəstək verənlərə, habelə həmin şəxslərin ailə üzvlərinə qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur. Həmçinin, sanksiyaların hədəfi ölkənin suverenliyinə xələl gətirən və insan hüquqlarını pozanlar olacaq.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Mən yalnız Mişaya ümid edirəm – Meqrelişvili

Növbəti Məqalə

Vaşadze: 14 milyard avro ölkəyə sürətli iqtisadi artım gətirəcək:

Oxşar Xəbərlər