Yukneviçene: Gürcüstanda demokratik seçkilər keçirilmədi – biz bu seçkiləri tanımırıq

Debat zamanı mən Avropa Xalq Partiyasının mövqeyini təqdim edəcəyəm. Mən də ümid edirəm ki, 2 həftə sonra növbəti sessiyada qətnamə qəbul olunacaq.

Fikrimizcə, Gürcüstanda demokratik seçkilər keçirilməyib və biz bu seçkiləri tanımırıq.

“Gürcü arzusu” seçkilərdə qalib gəlmədi.

Bu seçkilərlə bağlı müstəqil beynəlxalq araşdırmaya ehtiyac olması ilə bağlı rəyi digər ölkələrə də çatdırmaq niyyətindəyik.

Gələcəkdə „Gürcü arzusu”nun yox, beynəlxalq demokratik institutların nəzarətində olacaq belə seçkilərin keçirilməsindən danışmaq olar.

Bütün bunlar Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərə öz təsirini göstərəcək. Hazırda üzvlük prosesi dayandırılıb və belə qalacaq. Aİ-də heç kim eyni səhvi təkrar etməyəcək.

İndiyə qədər “Gürcü arzusu” ilə yumşaq danışdıq, deyirdik ki, onlar ideal deyillər, amma insanlar namizəd statusuna layiqdirlər.

Təbii ki, gürcü xalqı Avropa gələcəyinə layiqdir, lakin digər tərəfdən, Aİ-yə üzvlüyün oliqarx sistemi ilə bir araya sığmadığı bizə çox aydındır. 

Deyəcək çox şey var və düşünürəm ki, bu, müzakirə zamanı fərqli siyasi partiyaların deməli olduğu bir şey olacaq.

Biz artıq Avropa Parlamentində bir neçə dəfə sanksiyaları qeyd etmişik, xüsusən də sanksiyaya layiq olan Bidzina İvanişvili kontekstində.

ABŞ da müəyyən sanksiyalar tətbiq edib – əminəm ki, təsdiqlənəcək yeni Avropa Komissiyası daha effektiv olacaq və sanksiyaların tətbiqini dəstəkləyəcək.

Strasburqda seçkilər öncəsi hazırladığımız sonuncu qətnamədə biz viza rejiminin liberallaşdırılması statusunu da qeyd etmişdik, çünki anti-Avropa çıxış etmək və eyni zamanda Avropa İttifaqının imtiyazlarından istifadə etmək qəbuledilməzdir.

Avropa Parlamentinin deputatı Rasa Yukneviçene bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Gürcüstanda demokratik böhranın pisləşməsi ilə bağlı qərar qəbul ediləcək

Növbəti Məqalə

Donald Tramp İlon Maska vəzifə verdi

Oxşar Xəbərlər