Yukneviçiane: İvanişvili də daxil olmaqla, məsul şəxslərə qarşı tez bir zamanda sanksiyalar tətbiq edilməlidir
Avropa Komissiyası və Avropa İttifaqı Şurası demokratik geriləmələrə görə məsuliyyət daşıyan Gürcüstan rəsmilərinə, o cümlədən Kobaxidze, Kaladze, Papuaşvili, Ğaribaşvili və İvanişviliyə qarşı tez bir zamanda şəxsi sanksiyalar tətbiq etməlidir. Bu, Avropa Parlamentinin dünənki qətnaməsində tələb olunduğu kimi, təxirə salınmadan baş verməlidir.
Avropa Parlamentinin deputatı Rasa Yukneviciane X-də yazır.