“Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” – Əliyev…“Bizim gündəmimizdə ancaq “Dünyanın kəsişməsi” layihəsi var – Paşinyan

“Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” – bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, – deyə Prezident deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatlara münasibət bildirib.

“Bizim gündəmimizdə başqa layihə yoxdur. “Dünyanın kəsişməsi” regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasını, o cümlədən Ermənistan ərazisindən Azərbaycan-Azərbaycan və Azərbaycan ərazisindən Ermənistan marşrutu üzrə kommunikasiyaların açılmasını nəzərdə tutur. Artıq demək imkanım olub ki, biz Azərbaycana Yerasx-Sədərək-Ordubad-Meğri-Zəngilan dəmir yolunun açılması ilə bağlı çox konkret təklif vermişik. Bu, təklifdən çox, konkret məsələlərin konkret həllidir və biz Azərbaycandan müsbət reaksiya gözləyirik, bundan sonra razılıq əldə olunacaq, kağıza yazılacaq və biz bölgəmizdə dəmir yolunun tikintisinə başlayacağıq”. – Paşinyan bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Blinkenin sözlərinə görə, fransalı həmkarı ilə görüşdə Gürcüstan məsələsini də müzakirə ediblər

Növbəti Məqalə

Los-Ancelesdə baş verən yanğında 5 nəfər ölüb

Oxşar Xəbərlər