Məlum olub ki, Zaur Darğalının qardaşının pasportu ilə səs verməyə gələn Emin Kərimov idi.
Neytral.ge xəbər verir ki, seçkilərdə saxtakarlığa cəhd edən şəxsin kimliyi məlum olub. Marneuli sakini Emin Kərimov seçki günü məntəqəyə gəlib Zaur Darğallının qardaşının pasportu ilə səs vermək istəyib. Komisiya üzvlərindən biri pasportda olan şəkilə baxanda, görüb ki, pasport Emin Kərimova aid deyil, şəkildə başqa adamdır, konkret desək pasport Zaur Darğallının qardaşına məxsus olub. Yalan aşkarlandıqda Emin Kərimov pasportu götürüb və məntəqədən uzaqlaşıb. Beləliklə hakim partiyanın deputatı Zaur Darğallının dəstəsinin bu konkret saxtakarlıq faktı baş tutmayıb.