Zelenski: General Kelloqla sülh təminatlarını ətraflı müzakirə etdik

Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ-ın xüsusi nümayəndəsi Keyt Kelloq arasında görüş başa çatıb.

Zelenski yüksək səviyyəli ABŞ rəsmisi ilə görüşü müsbət qiymətləndirib:

“Çox təfərrüatlı, yaxşı söhbət oldu. ABŞ-ın göstərdiyi köməyə görə təşəkkürlər”.

Ukrayna prezidenti onu da qeyd edib ki, müharibə başlayandan Ukrayna sülhün tərəfdarıdır və ABŞ prezidenti ilə danışıqlara hazırdır.

“Ukrayna müharibənin başladığı ilk saniyələrdən sülhə can atır, bu sülh etibarlı və uzunmüddətli olmalıdır ki, Rusiya heç vaxt müharibəyə qayıtmasın. Ukrayna ABŞ prezidenti ilə investisiya və təhlükəsizlik məsələləri ilə bağlı güclü, həqiqətən faydalı razılaşmaya hazırdır”.  – Zelenski dedi.  

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Volts: Tonunu aşağı salmalı və imza atmalıdırlar

Növbəti Məqalə

Prezident Zurabişvili TAV-dan hava limanındakı hücuma cavab verməsini xahiş edir

Oxşar Xəbərlər