Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətinin hərəkətlərinə cavab olaraq sanksiyalar elan edib.
Bu barədə o, dekabrın 4-də axşam çıxışı zamanı danışıb.
“Biz hüquqi cavabımızı hazırlayırıq və avropalılar və digər tərəfdaşlarla konkret addımlar üzərində işləyirik. Mən müvafiq sanksiya qərarlarının hazırlanması tapşırığını vermişəm.
Onların öz xalqına qarşı gördükləri tədbirlər, sadəcə biabırçılıqdır. Artıq Moskvada Gürcüstanın bu hökumətini tərifləyəndə, onların Tbilisidə kimin üçün çalışdığını və kimin üçün etiraz aksiyasını dağıtmaq istədiklərini açıq-aydın görürük. Təbii ki, bu Gürcüstan üçün deyil” – Zelenski bildirib.