Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaqda və Rusiya prezidenti Vladimir Putini məğlub etməkdə “həlledici ola bilər”.
Zelenski bu barədə həyat yoldaşı, Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə keçirdiyi telemarafonda danışıb.
“Tramp həlledici ola bilər. Bu, bizim üçün ən vacib şeydir. O və onun keyfiyyətləri belədir. O, bu müharibədə həlledici ola bilər. O, Putini dayandıra bilər, daha doğrusu, Putini dayandırmağımıza kömək edə bilər. O, bunu edə bilər”.- Zelenski bildirib.
Zelenski qeyd edib ki, onun artıq Trampla bir neçə görüşü olub. Onun sözlərinə görə, o, Trampın həqiqətən də müharibəni bitirmək istədiyini düşünür.
“O, mənim fikrimcə, güclü və gözlənilməzdir. Kaş ki, Trampın gözlənilməzliyi ilk növbədə Rusiya ilə bağlı olardı. Düşünürəm ki, o, həqiqətən də müharibəni bitirmək istəyir. Məncə, bu, doğrudur”. – Zelenski bildirib.