Müxalifətçi deputat Zura Caparidze seçki saxtakarlığı işi üzrə Tbilisi Şəhər Məhkəməsində magistratura hakiminin iştirakı ilə dindirilib. Sorğudan sonra o, jurnalistlərə bildirib ki, seçki saxtakarlığına işarə edən dəlillər ictimai sahədədir.
“Prokurorluğun nəyisə araşdıracağına inanan varmı?! Bu həm də seçki saxtakarlığının davamıdır ki, bizdən sübut gətirməyi tələb edirlər, halbu ki, bu sübutları özləri axtarmalıdilar, axtarmağa da ehtiyac yoxdur, dəlillər, sübutlar bütün media ilə doludur”, – deyə “Dəyişikliklər Koalisiya”sinın liderlərindən biri Zura Caparidze bildirib. O, həmçinin qeyd edib ki, seçkilərdə saxtakarlığı təsdiq edən sübutların dərc olunduğu mənbələri istintaq orqanlarına göstərib.