Zurabişvili: Biz mayın 26-na hazırlıq komitəsinin yaradılması üzərində işə başlayırıq

Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvilinin bəyanatına görə, Koordinasiya Platforması ictimai qruplarla birlikdə mayın 26-na hazırlıq komitəsinin yaradılması üzərində işə başlayır.

“Cəmiyyətin müxtəlif nümayəndələri ilə birlikdə 26 May hazırlıq komitəsinin yaradılması üzərində işə başlayırıq ki, nəinki platformamızı, hətta bütün cəmiyyətin 26 Mayını planlaşdıra bilək. Çünki bu, bizim kollektiv olaraq bu ölkənin müstəqilliyini qeyd etmək bayramımızdır.

Bu müstəqilliyin qeyri-legitim hökumət ucbatından təhlükə altında olduğu bir vaxtda biz müstəqilliyimizi müdafiə etməli, onu həmişə mayın 26-da, yəni Rustavelidə qeyd etdiyimiz yerdə müdafiə etməliyik və bunu edəcəyik, hamısını birlikdə planlaşdıracağıq” – Salome Zurabişvili bildirib.

Məlumat üçün bildirək ki, aprelin 15-də İvanişvili hökuməti Müstəqillik Günü tədbirlərinin təşkili ilə bağlı fəaliyyət planını təsdiqləyib. İrakli Kobaxidzenin imzaladığı sərəncama əsasən, mayın 26-da Rustaveli prospekti əvəzinə Orbeliani və Aleksandr bağında sərgi sahəsi təşkil olunacaq.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Tramp Putinə: Vladimir, dayan! Həftədə 5000 insan ölür

Növbəti Məqalə

Viza liberallaşdırılmasına yenidən baxılması təhlükəsi realdır – Bokuçava

Oxşar Xəbərlər