Zurabişvili Fox News-a: Əminəm ki, Tramp Gürcüstanın güclü müttəfiqi olacaq

Mən ona (Donald Trampa) dedim ki, bütün bunlar açıq böhrana çevrilməmişdən əvvəl Gürcüstanın dəstəyə ehtiyacı var.

Burada insanlar 53 gündür ki, bu hakimiyyətin mandatı olmadığına, Gürcüstan Konstitusiyasına zidd hərəkət etdiyinə, Gürcüstanı Avroatlantika yolundan uzaqlaşdırmağa çalışdığına etiraz olaraq küçələrə çıxıb.

Buna görə də Amerikanın dəstəyinə ehtiyacımız var və [söhbət zamanı] seçilmiş prezident Tramp mənə dedi ki, o, Gürcüstanda olub və Gürcüstanla ABŞ arasındakı dostluğu yüksək qiymətləndirir.

Mən əminəm ki, Gürcüstana lazım olan bir vaxtda o, Gürcüstanın güclü müttəfiqi olacaq.

Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili ABŞ-ın prezidenti Donald Trampla Fransada söhbətinin epizodu barədə Amerikanın “FoxNews” televiziyasına müsahibəsində deyib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İnterfaks: Azərbaycanda meymun çiçəyinə ilk yoluxma faktı təsdiqlənib

Növbəti Məqalə

Hadisə şahidi: Dostlarımın qaçırıldığı avtomobilin Gürcüstan nömrələri yox idi

Oxşar Xəbərlər