Zurabişvili: İvanişvili Moskvanın yanında olmaq üçün tərəfdaşlarına müharibə elan etdi
Namizəd statusunu əldə etdikdən sonra, demək olar ki, yanvar ayından bizdə anti-Avropa və anti-Qərb ritorika dalğaları yarandı, bu daha əvvəl başladı – Tbilisidə səfirlərə hücum oldu, lakin bu, daha rəsmi, formal xarakter aldı. Moskvanın yanında olmaq üçün İvaişvili 30 illik tərəfdaşlarımıza və dostlarımıza praktiki olaraq müharibə elan etdi.
Gürcüstan dövlətinin, gürcü ordusunun, polisinin formalaşmasında iştirak edən partnyorlarımızı ittiham etdi ki, guya onlar Gürcüstanda ikinci cəbhə açmaq istəyirlər – sanki Avropa və Amerika Birləşmiş Ştatları yeni „səhnə” axtarırlar. Böhran dövründə regionumuzda bütün qonşularına qarşı tamamilə yeni cəbhələr açan yeganə ölkə Rusiya idi və həmişə olub.
Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili sentyabrın 27-də, Suxuminin süqutu günü Fransa Milli Assambleyasında “Unudulmuş qurbanlar: Buçdan əvvəl Abxaziya olub” sənədli filminin nümayişində deyib.