Zurabişvili MSK haqqında: Belə çıxır ki, mən qüsursuz seçki administrasiyasını gözdən salıram.
“Belə çıxır ki, əgər sən prezidentin qızısansa, prezident açıq etiraz etsə, bu sənə kömək edəcək – belə çıxır ki, mən qüsursuz seçki administrasiyasını gözdən salıram” – prezident Salome Zurabişvili MSK-nın bəyanatına cavab verib.
MSK-nın məlumatına görə, prezidentin qızı Ketevan Qorcestan qeydiyyat yeri kimi Fransanı göstərib və bu səbəbdən o, vahid seçici siyahısına daxil edilməyib. Agentliyin nümayəndəsinin qeyd etdiyi kimi, onun məlumatları xüsusi siyahıya daxil ediləcək və o, oktyabrın 26-da Parisdə keçiriləcək seçkilərdə səs verəcək.
“Düz başa düşürəmsə, hər şeyi düzgün etsəniz, vaxtında qeydiyyatdan keçəcəksiniz (23 iyul), konsulluqdan hər şeyin qaydasında olduğuna dair təsdiq alacaqsınız və adınızı siyahıda tapa bilməyəcəksiniz. Belə çıxır. ki, sən prezidentin qızısansa, əgər prezident ictimayyət qarşısında etiraz etsə, o zaman xilas olacaqsan.
Və belə çıxır ki, bu ayrı-seçkilik seçki hüquqlarının pozulması deyil və belə çıxır ki, mən qüsursuz seçki administrasiyasını gözdən salıram”, – Salome Zurabişvili yazıb.