Başqalarını açıq şəkildə “zorakılıq hərəkətləri”ndə iştiraka sövq etmək 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə ilə nəticələnə bilər, vəzifəli şəxsləri və dövlət qulluqçularını öz vəzifə borcları ilə bağlı şifahi təhqir etmək inzibati xəta kimi tövsif edilərək, ağır cəzalar veriləcək.
Bundan başqa, inzibati həbsin maksimal müddəti 15 gündən 60 günə qədər artacaq ki, bu da vətəndaşlarımızın azadlığını daha da məhdudlaşdıracaq. Bu sərt qanunlar Gürcüstanda etiraz ruhunu və ifadə azadlığını boğmaq üçün açıq cəhdlərdir.
Buna baxmayaraq, bu taktika cəsur gürcü xalqını susdurmayacaq. Bizim azadlıq, demokratiya və ədalətə güclü dəstəyimiz sarsılmazdır.
Ancaq bunu təkbaşına edə bilmərik. Gürcüstandakı bu avtoritar addımlara və terrora qarşı beynəlxalq ictimaiyyətin bizimlə birlikdə olması lazımdır.
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili X-də yazır.