Saakaşvili İvanişvilinin Qoridəki çıxışı haqqında: Biz bu rüsvayçılığı uzun müddət yuya bilməyəcəyik
Dünən İvanişvili Gürcüstan tarixində görünməmiş bir xəyanət etdi. Gürcüstanda xain feodallar, Orconikidzelər olub, amma heç vaxt xain hökmdar olmayıb. O, öz çıxışı ilə Rusiyanın hücumuna, insanları öldürməsinə, kəndləri yerlə-yeksan etməsinə haqq qazandırdı.
Ölkəmizə gətirdikləri bəlaya görə Rusiyadan üzr istəməklərini tələb etmək əvəzinə, gürcülərdən üzr istəməsini tələb etdi. Uzun müddət bu rüsvayçılığı yuya bilməyəcəyik.
Əminəm ki, gürcü xalqı oktyabrın 26-da bu bağışlanmaz xəyanətə layiqli cavab verəcək!
Eks-prezident Mixail Saakaşvili sosial şəbəkədə yazır.