Oktyabrın 16-da Türkiyədə 5.9 maqnitudalı zəlzələ baş verib

Dünən Malatya və Elazığda baş verən zəlzələdə binalara ziyan dəyib, xəsarət alanlar var.

Neytral.ge TRT Haber-ə istinadla xəbər verir ki, oktyabrın 16-da Türkiyədə baş vermiş 5.9 maqnitudalı zəlzələ nəticəsində Malatya və Elazığ vilayətlərində 555 bina ziyan görüb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Elazığda 517 binaya dəymiş zərər yüngül, 20 binaya dəymiş zərər ağır qiymətləndirilib. Malatyada da 18 binada ciddi fəsadlar yaranıb.

Fəlakət nəticəsində 100-ə yaxın insan xəsarət alıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Hizbullah bazalarında Rusiya silahları aşkarlanıb

Növbəti Məqalə

“Birlik-Milli Hərəkat” koalisiyasının Növbəti görüşü Qaçağan kəndində baş tutub (Video)

Oxşar Xəbərlər
Digər liderlərlə birlikdə Marneuliyə gələn “Birlik – Milli Hərəkat” partiyasının lideri Qia Caparidze bildirib ki, müxalifətin böyük fərqlə…
Ətraflı