Rustaveli prospektində keçirilən mitinqə Avropa İttifaqının səkkiz ölkəsinin Xarici Əlaqələr Komitəsinin sədrlərindən ibarət nümayəndə heyəti qatılıb.
Almaniya, Fransa, Finlandiya, Polşa, Litva, Latviya və Estoniya parlamentlərinin komitə rəhbərləri parlament seçkilərinin saxtalaşdırılmasına etiraz edən gürcü xalqının yanında olublar.
Avropalı siyasətçilər Gürcüstan cəmiyyəti ilə həmrəy olduqlarını bildirir və seçkilərin araşdırılmasının zəruriliyindən danışırlar.
Paytaxtın əsas prospektinə toplaşanlar Aİ liderlərini alqışlarla qarşılayıblar. Parlamentin qarşısında Gürcüstanın və Avropa İttifaqının himnləri səsləndirilib.