İrakli Ğaribaşvili “Gürcü arzusu” partiyasını tərk edir, Ğaribaşvilinin ətrafı bu məlumatı təsdiqləyib.
Əldə etdiyimiz məlumata görə, “Gürcü arzusu” partiyasının sədri biznesə getdiyini deməyə hazırlaşır.
“Gürcü Arzusu”nun liderləri Ğaribaşviliyə formal olaraq komandada qalmağı təklif edir və etirazlar fonunda açıqlama verməməyi xahiş edirlər. Ğaribaşvilinin nə qərar verəcəyi məlum deyil.
Xatırladaq ki, baş nazir postundan uzaqlaşdırıldıqdan sonra İrakli Ğaribaşvili “Gürcü arzusu” partiyasının sədri postunu tutub. Lakin o, partiyanın fəaliyyətində iştirak etməyib və yalnız seçki iclaslarında çıxış edib.
Xatırladırıq ki, İrakli Ğaribaşvili qeyri-legitim parlamentin ilk iclasında iştirak edib, ondan sonra bir daha meydana çıxmayıb. Qeyri-legitim parlamentin əksəriyyətinin lideri Mamuka Mdinaradze bildirib ki, Ğaribaşvili mandatı tərk etməyə hazırlaşır.
İndiki mərhələdə partiyanın mətbuat xidməti Ğaribaşvilinin gedişini təsdiqləmir.