- ABŞ Konqresinin Azərbaycanda insan haqlarının pozulmasına görə bir sıra yüksək vəzifəli məmurlara sanksiyalar tətbiq olunmasını gündəmə gətirməsi bu gün parlamentdə də müzakirə olunub. Milli Məclisin deputatı Siyavuş Novruzov deyib:O insanlara sanksiya tətbiq olunması tələb olunur ki, həmin insanlar ləyaqətlə Azərbaycan dövlətçiliyinə, xalqına xidmət edirlər, ermənilərə qarşı mübarizə aparıblar. Ata və anasını tanımayan istər Benilüks ölkələrinin, istərsə də Fransanın deputatları, o cümlədən Azərbaycanı xəritədə tapa bilməyən ABŞ Konqresinin üzvləri Azərbaycanda hansısa hakimlərin, kənd rayonunda işləyən müstəntiqin adını əzbər şəkildə müəyyən sanksiyalara təklif edir. Burada oturanların əksəriyyəti heç o adamların ad-soyadın bilmir. Hakimləri təyin etdiyimizə görə səs veririk və bəzilərini tanıyırıq. Bu gün Azərbaycandan donos verən, məlumat ötürən o şəxslər – antimilli şura üzvləri, tiktoker Əli Kərimli, onun dəstəsi və digərləri özlərinin üzvü olan valyuta dəllalları, ev alverçiləri, toyuq oğrularını siyasi məhbus kimi yazıb cəmiyyətə sırımaq istəyirlər. Yaxud xaricdən maliyyə alıb Azərbaycan əleyhinə iş aparan jurnalistlər Azərbaycan dövlətinə, Ordusuna qarayaxma ilə məşğuldur. Azərbaycan yeganə ölkələrdəndir ki, 700 jurnalistə ev tikib verib.
Home Home ABŞ Konqresinin Azərbaycanda insan haqlarının pozulmasına görə bir sıra yüksək vəzifəli məmurlara sanksiyalar tətbiq olunmasını parlamentdə də müzakirə olunub
Oxşar Xəbərlər
Avropa Parlamenti komitələri İvanişvilinin sanksiyasını tələb edirlər
Avropa Parlamenti komitələrinin sədrləri və üzvləri birgə məktubla İvanişvilinin sanksiyasını tələb edirlər. “Biz Avropa İttifaqını və transatlantik müttəfiqləri…
Cəparidze: Avropa ya Rusiya – sadə seçim
Hakimlərin qarşısında çox sadə seçim var: onlar bizim üçün Avropanın gələcəyini və ya Rusiyanı seçməlidirlər – Caparidze “Konstitusiya…
ATƏT/DTİHB Gürcüstanda seçkiqabağı mühitlə bağlı aralıq hesabatını dərc edir
Gürcüstanda planlaşdırılan parlament seçkiləri və seçkiqabağı mühit – ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİB) bu mövzularda…