Qərbin yüksək səviyyəli diplomatları Qəzzada atəşkəsə nail olmaq və İsrail-Livan sərhədində gərginliyin daha böyük münaqişəyə çevrilməsinin qarşısını almaq səyləri fonunda cümə axşamı Parisdə görüşə hazırlaşır.
Neytral.ge xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Qəzza danışıqlarını necə irəlilətmək barədə müzakirələr məqsədi ilə Misirə səfər etdikdən sonra Britaniya, Fransa, Almaniya və İtaliyadan olan həmkarları ilə danışıqlarda iştirak edir.
Blinken çərşənbə günü deyib ki, son bir ay yarım ərzində atəşkəs razılaşmasında irəliləyiş əldə olunub, lakin indi həm İsrail, həm də HƏMAS razılığın əldə edilməsi üçün “siyasi iradə” nümayiş etdirməlidir.
Blinken Qahirədə Misirin xarici işlər naziri Bədr Əbdelətti ilə birgə mətbuat konfransı zamanı “Düşünürəm ki, sazişdə 18 bənd var, onlardan 15-i razılaşdırılıb. Amma qalan məsələləri həll etmək lazımdır” deyib.
Əbdelətti tərcüməçi vasitəsilə jurnalistlərə bildirib ki, HƏMAS mayın 27-də əldə olunan atəşkəs razılaşmasına və iyulun 2-də edilən düzəlişlərə tam sadiqliyini təsdiqləyib.