“Azadlıq Radiosu”nun Avropa Bürosunun redaktoru Rikard İozviak Platforma X-də yazır ki, Avropa Komissiyası gürcü diplomatları üçün vizasız rejimin dayandırılması təklifi ilə çıxış edəcək.
“Kosta, Orban və Fon der Leyenin iştirakı ilə Avropa İttifaqının yekun sammitinin mətbuat konfransında Gürcüstandan danışmayıblar. “Sabah Avropa Komissiyası gürcü diplomatları üçün vizasız rejimin ləğvi təklifi ilə çıxış edəcək”, – İozviak yazıb.
Məlumat üçün bildirək ki, dekabrın 16-da Avropa İttifaqı Şurası Gürcüstanın diplomatik pasportları üçün vizasız gediş-gəlişin dayandırılmasına razılıq verib.