Biz seçkilərin legitimliyini tanımırıq – tələbələr

“Biz seçkilərin legitimliyini tanımırıq, tələbələrlə həmrəy olduğumuzu bildiririk” – Sulxan-Saba Orbeliani Universitetinin Tələbə Özünüidarəetmə heyyəti

Sulxan-Saba Orbelianinin tələbə özünüidarə etmə heyyəti tələbələrin etirazını dəstəkləyir.

Onların sözlərinə görə, seçkilərin legitimliyini tanımırlar.

“Biz, Sulxan-Saba Orbeliani Universitetinin tələbələri Gürcüstanda keçirilən parlament seçkilərinin legitimliyini tanımırıq və Batumi Şota Rustaveli Dövlət Universitetinin tələbələri ilə həmrəy olduğumuzu bildiririk.

Biz tarixin doğru tərəfində dayanacağıq!

Azadlığımızın seçimini saxtalaşdırmağa izin verməyəcəyik! 

Gəlin, Gürcüstanın Avropa istəklərini vahid qüvvə ilə müdafiə edək!” – bəyanatda deyilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Tələbələrin etirazına Dövlət Rəssamlıq Akademiyasının tələbələri də qoşulur

Növbəti Məqalə

Futbol matçına bir neçə saat qalıb

Oxşar Xəbərlər
Digər liderlərlə birlikdə Marneuliyə gələn “Birlik – Milli Hərəkat” partiyasının lideri Qia Caparidze bildirib ki, müxalifətin böyük fərqlə…
Ətraflı