Dəyişiklik Koalisiyası dövlət xidmətlərinə çıxış imkanlarını artırmaq üçün etnik cəhətdən dominant olmayan qrupların sıx məskunlaşdığı bələdiyyələrin yerli və mərkəzi qurumlarında müvəqqəti (problem həll olunana qədər) tərcüməçi vəzifəsinin tətbiqini tam dəstəkləyir. Hesab edirik ki, dil baryeri real, sosial tələbatların dərhal və vaxtında aradan qaldırılmasına, o cümlədən seçkilərdə şüurlu seçimə maneçilik törədən amil olmamalıdır. Bu baxışımız və vədimiz bukletlərimizdə öz əksini tapıb. Bununla gürcü və azərbaycan dillərini bilən yerli gəncləri işə götürəcəyik və istənilən ünsiyyət hər iki dilə düzgün tərcümə olunacaq. Eyni zamanda, biz uşaq bağçalarının və məktəblərin infrastrukturunun çatışmazlığı ilə bağlı problemlərin, o cümlədən, ilk növbədə, özəl təşəbbüsləri təşviq etməklə həllini təmin edəcəyik. – “Dəyişiklik Koalisiyası”nın bəyanatında deyilir.
Oxşar Xəbərlər
Mezvrişvili: DTX artıq İvanişvilinin xidmətindədir
DTX İvanişvilinin xidmətindədir, onun biabırçı bəyanatı ilə insanları qorxuda bilməzlər – Mezvrişvili “Qaxariya Gürcüstan Naminə” partiyasının liderlərindən biri…
Putin ABŞ və Böyük Britaniyanı müharibə ilə hədələyir
Vladimir Putin ABŞ və Böyük Britaniyanı müharibə ilə hədələyir. İşğalçı ölkə prezidentinin sözlərinə görə, buna səbəb ABŞ Ukraynaya…
Ukraynada Rusiya Patriarxlığından ayrılmış kilsə dağıdılıb
Ukraynanın Çerkassı şəhərində maskalı şəxslər Svyato-Mixaylovski kilsəsinə soxularaq oranı qarət ediblər. Oktyabrın 17-də səhər saatlarında hərbi keşiş Volodimir…