Ukraynada daha iki gürcü döyüşçüsü öldürülüb. Məlumatı əvvəlcə Ukraynada döyüşçü Vano Nadiradze yayıb.
“Təəssüf ki, dünən iki gürcü, iki soyuqqanlı döyüşçünü itirdik
Davit Dvalişvili və Mamuka Beriya.
Oğlanlar dünən gecə cəbhə xəttindən çıxmaq üçün əllərindən gələni etdilər.
Döyüşdə həlak olan qəhrəmanlara həmd olsun”. – Nadiradze sosial şəbəkədə yazıb.
Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi də təsdiqləyib.