Dekabrın 28-də saat 15:00-da Gürcüstan şəhərlərində “Birlik zənciri” keçiriləcək. Bu barədə sosial şəbəkədə müxtəlif vətəndaş təşkilatları və hərəkatlar məlumat yayıb.
Paytaxtda müxtəlif ictimai qruplar konkret yerləri tutacaqlarını, Kür çayının hər iki sahilində və 7 körpüdə canlı zəncirin keçiriləcəyini əvvəlcədən elan ediblər.
Məlumat üçün bildirək ki, “Birlik Zənciri” təşkilatçılarının bəyanatında deyilir ki, “vətəndaşlar zəncirə qoşulmaq üçün ən yaxın körpüyə keçə biləcəklər”.