Gürcüstanda etiraz aksiyasının 9-cu günü – Tbilisidə Rustaveli prospekti bağlanıb. Xüsusi təyinatlıların dinc nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiq etməsinə baxmayaraq, vətəndaşlar qanunverici orqanın yanında olmaqda davam edirlər.
Avropanın gələcəyinin keşikçiləri Gürcüstan və Avropa İttifaqının bayraqları ilə həmin yerə gələrək deyirlər ki, indi ölkə tarixində həlledici məqamdır.
“Bu gün mövqe nümayiş etdirməsək, sabah peşman olacağıq”, – etiraz aksiyası iştirakçılarından biri deyir.
“Bu gün burada olmaq hər kəsin borcudur. Avropa seçimini qoruyun. Burada öz fikirlərini və seçimlərini bildirməlidirlər. Bu gün bu mövqedən çıxış etməsək, sabah peşman olacağıq, övladlarımız da peşman olacaqlar” – mitinq iştirakçılarından biri deyir.