Tbilisi şəhər məhkəməsinin hakimi Eka Areşidze “Gürcü arzusu”nun avqustun 20-də sosial şəbəkədə dərc etdiyi bəyanata cavab verib və yazıb ki, hakim partiyanın ona qarşı ittihamları “absurd və təhqiramizdir”. 2018-ci ildə Eka Areşidze Xorava küçəsində qətl işi üzrə hökm çıxarıb. Gürcü arzusunun Siyasi Şurasının avqustun 20-də dərc olunan bəyanatında yazılır ki, Eka Areşidzenin Xorava küçəsində qətl hadisəsi ilə bağlı çıxardığı “şübhəli” hökmün ardınca hökuməti devirmək cəhdi olub. “Hələ də əcnəbilərin şübhəli imtiyazlarından istifadə edən hakim prokurorluğun irəli sürdüyü ittihamları nəzərə almayaraq, anlaşılmaz hökm çıxarıb ki, bu da ictimaiyyətin qəzəbinə səbəb olub. Lakin müxalifət və QHT-lər hakimin deyil, ancaq prokurorluğun məsuliyyət məsələsini qaldırıblar”. – bəyanatda deyilir.
Home Home Hakim Eka Areşidze „Gürcü arzusu”na: Xorava küçəsində baş vermiş cinayət işi ilə bağlı spekulyasiyalar əxlaqsızlıqdır
Oxşar Xəbərlər
Müxalifət AŞPA nümayəndə heyəti ilə görüşüb
Üç müxalifət partiyasının: Dəyişiklik Koalisiyası, Birlik-Milli Hərəkat və Güclü Gürcüstanın liderləri Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti ilə…
Seçicilərin şəxsiyyət vəsiqələrini kimlər nə üçün vətəndaşların əllərindən alırlar?
Parlament seçkiləri yaxınlaşdıqca mətbuat və müxalifət nümayəndələri tərəfindən seçicilərin şəxsiyyət vəsiqələrinin götürülməsi və ya şəxsi nömrələrinin verilməsi ilə…
Ağ Evin sözçüsü: ABŞ-Ukrayna görüşündən gələn xəbərlər müsbətdir
Ağ Evin sözçüsü Kerolin Levitt ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında keçirilən ilk danışıqları “məhsuldar” və…