Tbilisi şəhər məhkəməsinin hakimi Eka Areşidze “Gürcü arzusu”nun avqustun 20-də sosial şəbəkədə dərc etdiyi bəyanata cavab verib və yazıb ki, hakim partiyanın ona qarşı ittihamları “absurd və təhqiramizdir”. 2018-ci ildə Eka Areşidze Xorava küçəsində qətl işi üzrə hökm çıxarıb. Gürcü arzusunun Siyasi Şurasının avqustun 20-də dərc olunan bəyanatında yazılır ki, Eka Areşidzenin Xorava küçəsində qətl hadisəsi ilə bağlı çıxardığı “şübhəli” hökmün ardınca hökuməti devirmək cəhdi olub. “Hələ də əcnəbilərin şübhəli imtiyazlarından istifadə edən hakim prokurorluğun irəli sürdüyü ittihamları nəzərə almayaraq, anlaşılmaz hökm çıxarıb ki, bu da ictimaiyyətin qəzəbinə səbəb olub. Lakin müxalifət və QHT-lər hakimin deyil, ancaq prokurorluğun məsuliyyət məsələsini qaldırıblar”. – bəyanatda deyilir.
Home Home Hakim Eka Areşidze „Gürcü arzusu”na: Xorava küçəsində baş vermiş cinayət işi ilə bağlı spekulyasiyalar əxlaqsızlıqdır
Oxşar Xəbərlər
Kaladze: Əsas məsələlərdən biri ərazi bütövlüyü və qonşulardan ideal münasibətlərdir
Kaladze: Əsas məsələlərdən biri ərazi bütövlüyü və qonşulardan ideal münasibətlərdir. Jurnalistlərə açıqlama verən Kaxa Kaladze qeyd edib ki,…
15 fevral, saat 18:00, Avropa Meydanı – Gürcüstanda böyük etiraz günüdür
Fevralın 15-i Gürcüstanda böyük etiraz günüdür – Tbilisidə saat 18:00-da Rusiya diktaturasına qarşı genişmiqyaslı etiraz elan edilib. Davamlı…
Biz bu seçkini heç kimə bağışlamaq fikrində deyilik – “Güclü Gürcüstan” koalisiyası
Biz bu seçimi heç kimə vermək fikrində deyilik – “Güclü Gürcüstan” liderlərindən olan Ana Dolidze bu barədə koalisiya…