İoseliani POSTV haqqda: medianın sualları ayrı-seçkilik xarakterli olmamalıdır.
Medianın əsas funksiyası sual vermək olsa da, ayrı-seçkilik olmamalıdır. Gürcüstan vətəndaşının hansı etnik qrupa mənsub olmasının fərqi yoxdur. Konstitusiyaya və qanuna görə hamımız bərabərik.
Gürcüstanın ictimai müdafiəçisi Levan İoseliani şəxsi Facebook səhifəsindəu yazır.
Oktyabrın 11-də hökumətin təbliğat kanalı POSTV video yayımlayıb, oradan görünür ki, onların göndərdiyi jurnalist Mamuka Xazaradzedən “erməni mənşəli” olduğunu niyə gizlətdiyini soruşur və „təsdiqedici faktların” olduğunu vurğulayır.