KİV-Qeyri-qanuni təyinatlara görə polis əməkdaşları Daxili İşlər Nazirliyini tərk edirlər

Polis əməkdaşları açıq şəkildə deyirlər ki, qurumdan təcrübəli kadrların axını dayanmır.

Neytral.ge Mtavari arxiyə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin hal-hazırda işləyən əməkdaşı anonimlik şərti ilə polisdən mühacirətə getməsinin səbəblərindən açıq danışıb.

Kriminal polis bölmələrindən birinin polis əməkdaşı Böyük Britaniyadan “Mtavari Arxi” ilə əlaqə saxlayıb. Polis əməkdaşının danışdıqları Daxili İşlər Nazirliyi tərəfindən illərdir gizlədilir.

Adını çəkməyəcəyimiz respondentimiz deyir ki, işçilər illərdir ki, Qomelauri agentliyini kütləvi şəkildə tərk edirlər. Hətta indi, bir neçə gün əvvəl yalnız bir şəhərdən Böyük Britaniyaya üç polis əməkdaşı gedib. İndi onlar immiqrasiya xidmətindədirlər və sığınacaq gözləyirlər.

Polis əməkdaşlarının DİN-i kütləvi şəkildə tərk etmələrinin səbəbi isə nazir və onların bilavasitə rəhbərləri tərəfindən insanların seçkiyə gətirilməsi, yaxud qohum-əqrəbanın, xalqın mitinqlərə səfərbər edilməsi kimi qanunsuz tapşırıqlar verməsidir. Son vəzifə, Bidzina İvanişvilinin Rustavelidə Rusiya qanunlarına qarşı çıxanlara qarşı təşkil etdiyi “Gürcü arzusu” aksiyası ilə bağlı idi.

Kriminal polis əməkdaşı onu da deyir ki, bir çox polislər “Rusiya Qanunu” na qarşı etiraz aksiyalarında insanları dağıtmaq üçün işləmək istəməyiblər, lakin həm polislərə, həm də xüsusi təyinatlılara başqa tədbirlər görüləcəyini və bundan ailələrinin zərər görəcəyinə dair hədə-qorxu gəliblər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Silahlı Qüvvələrin hərbi qulluqçusu azyaşlılara qarşı pedofiliya və cinsi zorakılıq ittihamı ilə həbs olunub

Növbəti Məqalə

ABŞ yeni sanksiyaları açıqlayıb

Oxşar Xəbərlər