“Axali” müxalifət partiyasının təsisçisi, “Dəyişiklik Koalisiyası”nın lideri Nika Qvaramiya Marneuli təcridxanasına köçürülüb.
Vəkil Dito Sadzaqlişvilinin sözlərinə görə, onlar Nika Qvaramiyanın harada olduğunu Xalq Müdafiəçisinin ofisindən öyrəniblər. Daxili İşlər Nazirliyi onlara saxlanılan şəxslə bağlı rəsmi məlumat verməyib.
Vəkil deyir ki, Nika Qvaramiyanın səhhətinin necə olduğunu bilmirlər.