Deutsche Welle xəbər verir ki, Almaniya kansleri Olaf Şolz və Rusiya prezidenti Vladimir Putin bir-biri ilə telefonla danışır.
Sonuncu dəfə iki ölkənin liderləri 2022-ci ildə danışıblar.
Oktyabrda Almaniyanın xarici işlər naziri Annalena Berbok demişdi ki, Putin Almaniya kansleri ilə müharibəni bitirmək barədə danışmağa hazır deyil.
“O, sülhdən imtina edir və hər gün müharibə və dağıntı mesajları yayır. Bu müddət ərzində o, Almaniya kansleri ilə telefonla danışmağa belə hazır deyil”, – Burbok bildirib.