Ukrayna Qroznoya hücum etdi, Kadırov ukraynalı məhbusların binalara yerləşdirilməsini tələb edir.
Dekabrın 4-də səhər saat 5:00 radələrində Ukrayna Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznoya pilotsuz təyyarə ilə hücum edib. Hücumun görüntüləri Rusiyanın Telegram kanallarında yayılır.
Dron Axmat Kadırov adına xüsusi təyinatlı polis alayının ərazisində partlayıb. Xəsarət alanlar barədə məlumat yoxdur.
Ramzan Kadırov hücuma cavab verib. Çeçenistan Respublikasının rəhbəri ukraynalı məhbuslarla görüşərək onlara bu sözlərlə müraciət edib:
“Sanki tətildən təzə qayıtmısız. Biz onları Amerika peykləri tərəfindən çəkilmiş obyektlərin damına qoymalıyıq. Ərazimizi qorusunlar”.